Yunan-Roma güləşçilərimiz komanda hesabında Rio-2016-da 3-cü olub

Rio Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə millimiz fərqlənib.  Allsport.az saytı xəbər verir ki, 5 bahadırımızın mübadirə apardığı rəqabərdə, Rəsul Çunayev (66 kq) və Sabah Şəriətinin (130 kq) 2 bürünc medalları, üstəlik, Rövşən Bayramov (59 kq) 5-ci yer tutması sayəsində, komanda hesabında Rio-2016-nı 3-cü yerdə bitirmişik.

Medal sıralamasına görə, yığmamız İranla 9-10-cu yerləri bölüşüb. İlk sırada 2 qızıl və 1 gümüş medalla Kuba, sonra 2 qızıl və 1 bürünc mükafatla Rusiya seçmələri qərarlaşıblar.

Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında isə, yığmamız ilk üçlükdə yer alıb. 26 xal toplayan pəhləvanlarımız 3-cü olublar. Rusiya 33 xalla 1-ci, Kuba 29 xalla 2-ci yeri tutub.

ranking_GR_TEAM-17338-920-485-100-wm-right_bottom-100-imageswmpng

 

 

Həmin kateqoriyadan