Yunan-Roma güləş millimizdən 2-ci gündə daha yüksək nəticə: 3 qızıl və 1 bürünc medal

Heydər Əliyev adına idman sarayında İslam oyunları çərçivəsində yunan-Roma güləşçilərin rəqabətində uğurlu çıxışımız davam edir. Allsport.az saytı bu gün 3 təmsilçimiz finala çıxdı. Kamran Məmmədov, Elvin Mürsliyev İslam Abbasov 1-ci, Sabah Şəriəti 3-cü oldular.

İlk gündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medala yiyələndi.

66 kq
FİNAL – Z.Kilibayev (KGZ) – Kamran Məmmədov 0:9
1/2 final – Kamran Məmmədov – M.Raxmatov (UZB) 6:0
1/4 final – M.Zeidvand (İRİ) – Kamran Məmmədov 0:6

75 kq
FİNAL – Furkan Bayrak (TUR) – Elvin Mürsliyev 0:1
1/2 final – Elvin Mürsəliyev – K.Togulbaev (KGZ) 3:2
1/4 final – Elvin Mürsəliyev – R.Garmsiri (İRİ) 6:1

85 kq 
FİNALİslam Abbasov – Əli Çingiz (TUR) 3:1
1/2 final – İslam Abbasov – A.Beişebekov (KGZ) 3:1
1/4 final – Fallahhamidabadi (İRİ) – İslam Abbasov 1:2

130 kq 
Bürünc medal görüşü – R.Alkrad (SYR) – Sabah Şəriəti 0:9
1/2 final – M.Abdullaev (UZB) – Sabah Şəriəti 8:0
1/4 final – Sabah Şəriəti – M.A. Xan (PAK) 9:0

Həmin kateqoriyadan