Yunan-Roma güləşçilərimizin dünya kubokunda rəqibləri bilinib

Sabah Serbiyanın paytaxtı Belqradda güləşçilərin fərdi dünya kuboku start götürəcək. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günlərində yunan-romaçılar mübarizə aparacaqlar. Ölkəmizi bu növündə məşqçilər Nurəddin Rəcəbov, Emin ƏhmədovTurac Hüseynlinin rəhbərlikləri ilə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), İslambəy Dadov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.
Bu gün bütün çəkilərdə püşkatma keçirilib və ilk rəqiblərimiz müəyyənləşib.

55 kq
1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (SRB)

60 kq
1/8 final: Nihat Məmmədli – Viktor Çiobanu (MDA)

63 kq
1/8 final: Taleh Məmmədov – Aleksey Masik (UKR)

67 kq
Təsnifat: İslambek Dadov – Ruben Marvike (İTA)

72 kq
1/8 final: Ülvü Qənizadə – İbrahim Qanem (FRA)

77 kq
Təsnifat: Sənan Süleymanov – Paskal Eysele (GER)

87 kq
1/8 final: İslam Abbasov – Bəşir Sid Azara (ALG)

130 kq
1/8 final: Beka Kandelaki – Alin Kiurariu (ROU)

Həmin kateqoriyadan