Yunan-Roma güləşçimiz dünya kubokunun finalında!

Bu gün Serbiya paytaxtı Belqradda şəxsi dünya kuboku başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk gündə 55, 67, 72, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb. Komandamızdan ən yaxşı nəticəni İslambəy Dadov göstərib. O, finala çıxıb.

55 kq
1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (SRB) 9:0
1/4 final: Eldəniz Əzizli – Emin Seferşayev (RUS) 1:9

67 kq
Təsnifat: İslambəy Dadov – Ruben Marvike (İTA) 9:0
1/8 final: İslambəy Dadov – Nilton Qarsiya (PER) 9:0
1/4 final: İslambəy Dadov – Slavik Qalstyan (ARM) 7:4
1/2 final: İslambəy Dadov – Artur Politayev (UKR) 8:2

72 kq
1/8 final: Ülvü Qənizadə – İbrahim Qanem (FRA) 1:2

77 kq
Təsnifat: Sənan Süleymanov – Paskal Eysele (GER) 0:9

87 kq
1/8 final: İslam Abbasov – Bəşir Sid Azara (ALG) 1:2

Həmin kateqoriyadan