Zaqreb qran-prisində 2 bürünc

Xorvatiya paytaxtı Zaqrebdə cüdoçuların qran-prisi başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda 78 ölkədən 508 (326 kişi, 182 qadın) nəfər qüvvəsini sınayıb.

11 kimono ustası ilə təmsil olunan milli 2 medal qazanıb. Olimpiya mükafatçımız Rüstəm Orucov (73 kq) və Məmmədli Mehdiyev (90 kq) fəxrü kürsünün 3-cü pilləsinə qalxıblar.

Elxan Məmmədov (100 kq) 5-ci, Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) 7-ci olublar.

Qeyd edək ki, mükafat yarışlarında ilk pilləni tutanlara 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlara 350 xal verilir. 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal qazanırlar.

Həmin kateqoriyadan