- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
İndoneziyanın qadın voleybolçulardan ibarət «Cakarta» klubu ilə müqavilə bağlayan azərbaycanlı baş məşqçi Ziya Rəcəbov ordakı durumdan söz açıb. Allsport.az saytına açıqlamasında o, yaxın günlərdə çempionatın başlayacağını deyib:
«Yanvarın 24-də ilk oyunumuzu keçirəcəyik. Rəqib paytaxt klubudur. Məşqlər davam edir. İstədiyim heyəti qura bilmişəm. Gənc komandayıq. Odina Əliyeva da mənimlədir. Kiçiki zədələrini sağaldıb. Artıq tam formadadır. İndoneziyada çempionat sentyabrda başlayıb dekabrda bitir.
Ələmələrə ən güclülər qalır. Hazırda 5 klub qalib adı uğrunda mubarizəni davam etdirir. «Dördlər finalı»nda xallar silinəcək və mübarizə yenidən başlayacaq. Burada ilk 2 yeri tutanlar qızıl medal üçün qarşılaşacaqlar. Görüşlər eyni şəhərdə olur. Müəyyən mərşələdən sonra digərində keçirilir.
Dünən gözəl təqdimat oldu. Burda da voleybolu çox sevirlər. Təşkilatçılıq yüksək idi. Ümid edirəm ki, istəyimi həyata keçirə biləcəyəm».