- Baxış sayı: 154
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Qadın voleybolçuların yüksək liqasının 7-ci turunda “Azərreyl” klubu qızıl medallara iddialı “Murov”a 3:0 qalib gəlib.
Ötən mövsüm “Abşeron” ilə çempion olan Eldar Yusubov, bu dəfə eyni uğuru flaqmanla yaşamaq istəyir. Allsport.az saytına açıqlamasında, baş məşqçi qələbə barədə qısa danışıb:
“Daha az səhvsiz oyun göstərdik. Amma istədiyim oyunu görə bilmədim. Əksiklərin üzərində çalışacağıq. Zamanımız var. Gücümüz də buna imkan verir”.