1/8-də 6 İngiltərə təmsilçisi

Çempionlar liqasında 1/8 finala yüksələn bütün komandaların adları məlum olub.

Allsport.az xəbər verir ki, vari mövsümdə İngiltərə klubları turnirə tam dominantlıq edir – 16 ən güclü komanda arasında premyer liqanın 6 təmsilçisi (“Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Mançester Siti” və “Nyukasl”) yer alıb.

İspaniya 3 klubla (“Barselona”, “Atletiko”, “Real”) ikinci pillədə qərarlaşdığı halda, Almaniya 2 komanda ilə (“Bavariya”, “Bayer”) təmsil olunacaq. İtaliya (“Atalanta”), Fransa (“PSJ”), Portuqaliya (“Sportinq”), Türkiyə (“Qalatasaray”) və Norveç (“Budo/Qlimt”) isə 1/8 finalda hərəyə bir klubla mübarizə aparacaq. Turnirin növbəti mərhələsinin püşkatma mərasimi fevralın 27-də keçiriləcək.

Həmin kateqoriyadan