FOTO
12-ci beynəlxalq uşaq şahmat turniri başa çatıb

“Landmark” mehmanxanasında “Gənclik” Şahmat Klubunun təşkilatçılığı ilə 12-ci beynəlxalq uşaq şahmat turniri keçirilib. Allsport.az saytı xəbər verir ki,  14 yaşlıların mübarizəsində Azərbaycanla yanaşı Gürcüstan və Fransanı təmsil edən idmançılar da iştirak ediblər. Turnir 2 qrup üzrə – “A” və “B” qruplarından ibarət olub.

40 nəfərin iştirak etdiyi “A” qrupunda yarışlar 7 tur üzrə İsveçrə sistemi üzrə, 12 idamançının qatıldığı “B” qrupunda yarışlar dairəvi sistem üzrə keçirilmişdir. Yarışlar beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə tərəfindən idarə olunmuşdur. “A” qrupunda ilk 3 yeri müvafiq olaraq Andrey Mustafin, Nikolozi Kaçarava və Məhəmməd Muradlı tutublar.

Bağlanış mərasimində “Gənclik” Şahmat Klubunun sədri Gennadi Gelman, “Fransız İnstitutu” Mədəniyyət Mərkəzi tərəfindən Frankofoniya həftəsi çərçivəsində təşkil olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sonra Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Fransa səfirliyinin əməkdaşları və digər rəsmi şəxslər çıxış edərək, yarış iştirakçılarına təşəkkürlərini bildirib.

Şahmatın inkişafında xüsusilə uşaqlar arasında keçirilən bu tipli yarışların böyük rol oynadığını deyıb, qalibləri təbrik etmişlər. Çıxışlardan sonra “A” və “B” qruplarında fərqlənən şahmatçılar, həmçinin yarışlarda ter tutan idmançılar diplomlar və qiymətli xatirə hədiyyələri ilə təltif olunublar.

10407171_873672056004814_4605200341113063625_n 1920627_873673089338044_8387021586676955004_n1609671_873674399337913_858960583416835858_n  10422920_873677942670892_4237867396976522989_n11010629_873674562671230_1136109177534037274_n11010514_873678886004131_2389351712241207425_n   11054401_873674962671190_8533923881252795503_n 11071944_873675652671121_1777575604274356437_n

Həmin kateqoriyadan