- Baxış sayı: 44
- 19 Fevral 2026 21:03
- Baxış sayı: 423
- Fevral 16, 2026
- 0

Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə Abşeron olimpiya idman kompleksində cüdo texnikaları imtahanı keçirilib.
Allsport.az xəbər verir ki, imtahanda 37 cüdoçu iştirak edib.
U-14 liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə idmançılar baza hərəkətlərini, eləcə də ağ-sarı, sarı və narıncı kəmər dərəcələri üzrə texnikaları nümayiş etdiriblər. İmtahan zamanı hər biletdə 10 sual təqdim olunub və hər sual maksimum 10 xalla qiymətləndirilib.
İdmançının yarışda topladığı xalın 70%-i, imtahan göstəricisinin isə 30%-i toplanaraq ümumi balını formalaşdırır. Bu yanaşma yeniyetmə cüdoçuların həm texniki hazırlığını, həm də rəqabət səviyyəsini paralel şəkildə inkişaf etdirməyə xidmət edir.