- Baxış sayı: 44
- 19 Yanvar 2026 21:37
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Bu gün III MDB oyunları çərçivəsində Yevlax olimpiya idman kompleksində boks yarışlarında yarımfinal döyüşləri keçirilib.
Allsport.az xəbər verir ki, azərbaycanlı boksçu Qardaş Rəhimov (46 kq) tacikistanlı Dəmir Nəzərova qalib gələrək (3:2) finala çıxıb.
60 kiloqram çəki dərəcəsində yarımfinalda mübarizə aparan digər boksçumuz Şahin Aslanov rusiyalı Dmitriy Klyuşnikovdan üstün olub – 4:1.
Daha bir azərbaycanlı boksçu Səfdər Məmmədzadə (+80 kq) qazaxıstanlı Yerketanq Jarkınbeka qalib gələrək (5:0) finala vəsiqəni təmin edib.
Əli Əliyev (48 kq) isə digər qazxıstan təmsilçisi Baltin Korqanbekə üstün olub – 3:2.
Digər yarımfinal görüşündə azərbaycanlı idmançı Əli Abaslı (52 kq) türkmənistanlı Xangəldi Loğmanova qalib gəlib – 5:0.
Beləliklə, Azərbaycanın 5 boksçusu finala vəsiqə qazanıb.