Vassura: Tailand yığması ilə görüş asan olmayacaq

Futzal üzrə dünya çempionatında çıxışını davam etdirən Azərbaycan millisinin üzvü Vassura 1/8 finalda Tailanda qarşı keçiriləcək oyundan öncə, FİFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransına qatılıb. Allsport.az saytı sizi onun açıqlamasını təqdim edir:

“Dünya çempionatında iştirak edən braziliyalıların sayı çoxdur. Təbii ki, hər kəs seçimində azaddır. Azərbaycan mənim ürəyimdir, sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram. Tailand yığması ilə oyuna gəldikdə, asan oyun olmayacaq.

Rəqibimizin hazırkı heyəti 4-5 ildir bir yerdə çıxış edir. Bir növ son oyunda heç-heçə etdiyimiz İran kimi. Üstəlik, təcrübəli baş məşqçiləri var. Taktiki planda çox güclü mütəxəssisdir. Aut və kornerlər zamanı müxtəlif “ev tapşırığı” yerinə yetirirlər. Üç ilə yaxındır bu komanda ilə birgə işləyir”.

Həmin kateqoriyadan