Cənub bölgəsinin birinciliyində 7 rayonun cüdoçuları mübarizə aparır
15 oktyabr 2017 / 20:44 Baxış sayı: 1753 Şirvan şəhərində yeniyetmə cüdoçular arasında regional birinciliyə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışda Masallı, Səlyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparırlar.
İlk gün 2003-2006-cı il təvəllüdlü kiçik yaşlı yeniyetmələr medallar uğrunda yarışıblar. Daha yaxşı nəticə göstərən Masallı cüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar. Sonrakı yerləri Səlyan və Şirvan komandaları tutublar.
Qaliblərə ACF-nin diplomları və medallar təqdim olunub. Cənub bölgəsi üzrə regional birincilik sabah davam etdiriləcək.