9 medalla başa vurdular

Bu gün III MDB oyunlarında Yevlax olimpiya idman kompleksində qız boksçuların final döyüşləri keçirilib.

Allsport.az saytı xəbər verir ki, azərbaycanlı boksçu Gülər Hüseynova (48 kq) rusiyalı Darya Qavrinaya qalib gəlib.

Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq) və Fidan Bakarova (63 kq) 2-ci yerlə kifayətləniblər.

Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq) və Mirrüqeyya Azərpur (57 kq) bürünc medallar qazanıblar.

Beləliklə, komandamız yarışı 1 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurub.

Həmin kateqoriyadan