- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün qadın voleybolçuların “Bahar kuboku”na start verilib. Allsport.az saytı xəbər verir ki, AVF-in idman zalında ilk matçda “Abşeron” ölkə çempionluğuna iddialı sayılan “Azərreyl”i üstələyib – 3:1 (25:13, 18:25, 25:23, 25:17).
Günün ikinci qarşılaşmasında “Murov” UNEC-lə üz-üzə gəlib. Görüşün qalibi 3 hissədə müəyyən olunub və adı ilk çəkilən klub sevinən tərəf olub – 3:0 (25:19, 25:15, 25:22)
Beləliklə, finalda “Abşeron”la “Murov” ilə, 3-cü yer üçün “Azərreyl” və UNEC görüşəcəklər. Sabah oyunun 1-cisi saat 14:00-da, digəri 16:00-da başlayacaq.