Açılış mərasimi baş tutdu

Gənclər və idman nazirliyinin dəstəyi, Azərbaycan karate federasiyasının təşkilatçılığı ilə karate üzrə ölkə çempionatı və birinciliyinə start verilib.

Allsport.az xəbər verir ki, yarışların ilk günündə idman karatesi (WKF) üzrə qarşılaşmalar baş tutub. Ertəsi gün kyokuşin karate üslubları üzrə yarışlara start verilib, eyni zamanda çempionatın rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan karate federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev, federasiyanın rəsmi şəxsləri və vitse-prezidentlər iştirak ediblər.

Çempionat çərçivəsində ənənəvi karate, fudokan, şito-ryu, aşihara və koşiki karate üslubları üzrə qarşılaşmalar baş tutacaq.

Həmin kateqoriyadan