- Baxış sayı: 31
- 24 Mart 2026 23:23
- Baxış sayı: 31
- Mart 24, 2026
- 0
Romada cüdoçuların açıq Avropa kubokunun ilk günündə millinin 4 cüdoçusu tatamiyə çıxıb. Allsport.az saytı xəbər verir ki, onlardan Oruc Vəlizadə (60 kq) uğurla çıxış edib.
İdmançımız rusiyalı Həmzət Zairbəyov, fransalı Vinsent Anquest, qazaxıstanlı Baircan Zauntayev və fransalı Siven Quleni üstələyərək finala yüksəlib. Həlledici görüşdə Dauren Syukennovu (Qazaxıstan) yenən həmyerlimiz qızıl medal qazanıb.
Bu çəkidə çıxış edən digər təmsilçimiz Rövşən Əliyev 5-ci olub.