- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Belarusun paytaxtı Minskdə cüdoçuların açıq Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə millimiz 1 gümüş və 1 bürünc medala yiyələnib.
Uşangi Kokauri (+100 kq) yalnız finalda uduzub. Qadınlarda +78 kq-da İrina Kindzerska 3-cü olub. Digər öncüllərimizdən Məmmədəli Mehdiyevlə (90 kq) Elmar Qasımov (100 kq) 5-ci yerə çıxıblar.
Rəqabətin ilk günü Nicat Şıxalizadə (66 kq) və Hidayət Heydərov (73 kq) 1-ci pilləni tutublar. Xatırladaq ki, 46 ölkədən 411 idmançının qatıldığı yarışda Fərhad Məmmədovun rəhbərlik etdiyi millimiz 15 nəfərlə (10 kişi, 5 qadın) ilə təmsil olunub.