- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Dünən Türkiyənin cənub-şərqində baş verən zəlzələ Adanada da ciddi fəsadlar törədib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan voleybol federasiyası bu dəhşətli hadisədən sonra, “Çukurova Dəmirspor Adana” klubunda çıxış edən milli oyunçumuz Olena Xarçenko ilə əlaqə saxlayıb, onun vəziyyəti ilə maraqlanıb. O, hadisə zamanı heç bir xəsarət almayıb. Baş verənlərdən sarsılan blokçumuz hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:
“Zəlzələ səhərə yaxın təxminən saat 04:17 radələrində baş verdi, biz yuxudan oyandıq. Divarlar çox pis silkələnirdi, yerimizdə durmaqda çətinlik çəkirdik. Zəlzələ uzun müddət davam etdi, çox qorxduq. Mən anamla yaxınlıqda yerləşən parka getdik və bir müddət orada gözlədik.
Sonra evə qayıdıb bəzi əşyalarımızı götürüb zala yollandıq. Həmin vaxt yenidən zəlzələ oldu, çox qorxulu idi. Hazırda isə biz zaldayıq. Mən və komanda yoldaşlarım yaxşıyıq. Lakin çoxlu itkilər var. Hələ də dağıntılar altında qalanlar var. Allah köməkləri olsun və tezliklə sağ-salamat dağıntılar altından çıxarılsınlar. Ölənlərə də Allah rəhmət eləsin”.