- Baxış sayı: 25
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında təşkil edilmiş futzal turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, yarışda 19-u Bakı, 13-ü regiondan olmaqla ümumilikdə 32 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları mübarizə aparıb, 500-ə yaxın tələbə iştirak edib.
Bakı idman sarayında keçirilən üçüncü yer uğrunda oyunda BDU GDU-nun komandasına qalib gəlib. ADBİTA-nın komandası isə finalda Azərbaycan dövlət neft və sənaye universitetinin komandasını məğlub edərək turnirin qalibi olub.
Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatlandırma Azərbaycan tələbə futbol federasiyası ictimai birliyinin prezidenti, AFFA-nın icraiyyə komitəsinin üzvü Firudin Qurbanov, milli məclisin sədr müavini Adil Əliyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının rektoru Fuad Hacıyev, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Azərbaycan həmkarlar ittifaqı komitəsinin nümayəndələri və veteran futbolçular iştirak ediblər.
İlk üç yeri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Turnirdə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu” nominasiyaları üzrə fərqlənənlər xüsusi mükafatla təltif olunub.