AFFA hakimi söyən məşqçini sərt cəzalandırdı

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 2-ci turunda görüşlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

MOİK – “Turan Tovuz” matçında “hərbçilər”in baş məşqçisi Ramil Əliyev görüşün 55-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub. “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 80 manat cərimə kəsilib.

“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda ev sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.

“Sabah-2” – “Kəpəz” oyununda “Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Kəpəz”in futbolçusu Novruz Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala”nın futbolçusu Roini İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.

“Keşlə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Həmin kateqoriyadan