AFFA hakimi vuran futbolçunu 2 illik cəzalandırıb

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Qızlar arasında yüksək liqanın “Fidan” – “Gənclik” matçında hər 2 kluba yaş limitini pozduğuna görə, hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasının “Gömrükçü” – “Sumqayıt” matçında qonaqların” komanda yaş həddini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan birinciliyinin 2-ci dəstəsinin “Baku Fans” – ADBTİA matçının 20-ci dəqiqəsində “Baku Fans” klubunun futzalçısı Aqşin Ömərov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

“Baku Fans” klubunun futbolçusu Aqşin Ömərov oyunun hakiminə qarşı fiziki təzyiq göstərdiyinə görə 2 il müddətinə futboldan kənarlaşdırılır.

Oyun sonadək oynanılmadığına görə “Baku Fans” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilir.

Həmin kateqoriyadan