AFFA iki klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının, eləcə də əvəzedicilərin 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Qəbələ” – AZAL matçının 78-ci dəqiqəsində AZAL-ın futbolçusu Viktor İqbekoyinin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Neftçi” – “Simurq” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Əvəzedici heyətlərin 20-ci turunun “Neftçi” – “Simurq” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Həmin kateqoriyadan