- Baxış sayı: 81
- 15 Dekabr 2025 18:04
- Baxış sayı: 29
- Dekabr 16, 2025
- 0

Dekabrın 16-da boks mərkəzində Azərbaycan respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Əməkdar elm xadimi”, “Şöhrət”, “Şərəf” və I dərəcəli “Vətənə xidmətə görə” ordenli, professor Ağacan Abiyevin şərəfinə boks turnirin rəsmi açılışı olub.
Allsport.az xəbər verir ki, Bakı şəhər gənclər və idman idarəsinin və Azərbaycan boks federasiyasının birgə təşkilatçılığı ilə keçirililən turnirin açılış mərasimində marş sədaları altında “Qızıl əlcək”, Gəncə, Sumqayıt, “Dinamo”, “Təhsil”, “Neftçi”, AHTİA və MOİK komandalarının idmançıları, məşqçilər və hakimlər arenaya daxil olublar. Azərbaycan respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan boks federasiyası prezidentinin müşaviri Samir Hüseynov, Azərbaycan idman akademiyasının rektoru Fuad Hacıyev, “İdman Veteranları” ictimai birliyinin sədri Zemfira Meftəhəddinova və beynəlxalq dərəcəli hakim Elnur Məmmədli çıxış ediblər.
Yarış, Ağacan Abiyev tərəfindən rəmzi olaraq “qonq”un vurulması ilə açıq elan edilib. Mərasim bədii hissə ilə davam edib. Sonra professorun 85 illik yubileyinə videoçarx nümayiş etdirilib. Açılışdan sonra turnirə start verilib. Döyüşlər dekabrın 19-dək davam edəcək.