- Baxış sayı: 32
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
U-19 Azərbaycan və Tükiyə futzalçıları arasında yoldaşlıq oyunundan (3:5) sonra hər 2 baş məşqçi fikirini bölüşüb. Allsport.az saytı sizi açıqlamalarla tanış edir:
Ağatahir Əzimov: “Uşaqlar ilk dəqiqədən sona qədər həyəcanlı idilər. Doğma məkanda oynadıq, amma öz futzalçılarımız toparlana bilmədilər. Məşqdə göstərdikləri performansı oyunda görə bilmədik. Öyrətdiyim şeyləri yerinə yetirə bilmədilər, yaddan çıxartmışdılar. Bunun hamısı həyəcanla bağlıdır. Düzdür, birinci hissədə nisbətən yaxşı oynadıq. Rəqibin də imkanları az deyildi. Fasiləyə üstün yollanmağımız sanki oyunçularımızı arxayınlaşdırdı. Fikirləşdilər ki, artıq qələbə qazanmışıq. Kənardan deyirsən, müdaxilə edirsən, eşitmirlər. Qolların hamısını standart vəziyyətdən vurduq. İkinci oyunda səhvlərimizi təkrarlamamalıyıq. Rəsmi oyunlarda bizim üçün çox çətin olacaq”.
Murad Qaya: “Birinci hissədə pis oynadıq. Fasilədə uşaqlara səhvlərini və düzgün oynamalı olduqlarını dedim. Bildiyiniz kimi, bu oyunlar mart ayında keçiriləcək Avropa çempionatının rəsmi oyunlarına hazırlıq xarakteri daşıyır. Yeni formalaşmış komandayıq. Çətin qrupda yer almışıq. Rəqiblərimiz İspaniya, Macarıstan və Gürcüstan milliləri olacaq. Düşündük ki, son yoldaşlıq oyunlarımızı qardaş Azərbaycan yığma komandasına qarşı keçirək. Qələbə qazandığımıza görə xoşbəxtik. Gələn ay keçiriləcək rəsmi oyunlarda həm Türkiyə, həm də Azərbaycan yığma komandasına uğurlar arzulayıram”.