- Baxış sayı: 53
- 16 Mart 2026 19:41
- Baxış sayı: 133
- Mart 18, 2026
- 0

İtaliyanın Turin şəhərində akrobatika üzrə beynəlxalq turnirində Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlərdə qızıl medal qazanıblar.
Allsport.az saytı xəbər verir ki, Daniel Abbasov ilə Murad Rəfiyev kişi cütlərin mübarizəsində eyni nəticə göstəriblər. Nəzrin Zeyniyeva, Anahita Bəşiri və Zəhra Rəşidovadan ibarət 13-19 yaş kateqoriyası üzrə qadın qrupu da 1-ci yer tutublar.
Riad Səfərov, Abdulla əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovdan ibarət kişi komandası turniri 2-ci pillədə başa vurublar.