- Baxış sayı: 63
- 03 Mart 2026 14:22
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir başa çatıb.
Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi Şakir Beltəqulun xatirəsinə həsr olunan “A” dərəcəli ənənəvi yarışı 2 medalla başa vurub.
Boksçularımızdan Məhəmməd Aşırəliyev (60 kq) və Ruslan Rüstəmov (65 kq) fəxri kürsüyə yüksəliblər. Onların hər ikisi turniri bürünc medalla başa vurublar.