- Baxış sayı: 41
- 16 Mart 2026 19:58
- Baxış sayı: 278
- Mart 16, 2026
- 0

««Bakı Fires»in baş meneceri Rizvan Gənciyev klubda döyüşməyimi məqsədəuyğun hesab etmədi. Bildirdi ki, qoy milli komanda ilə Rio olimpiadasına hazırlaşım». Bunu allsport.az saytına açıqlamasında boksçu Albert Səlimov dedi. Bakı-2015-in qalibinin sözünə görə, Braziliyada təşkil olunacaq «dördillik» onun üçün son olimpiya mərhələsidir:
«Artıq 30 yaşın içindəyəm. Karyeramda çox titul qazanmışam – Avropa və dünya çempionu olmuşam. Amma medal boxçamda olimpiya oyunlarıın qızıl medalı yoxdur. Rio-2016-da hədəfim yalnız budur. Çünki bu, son imkanımdır.
Aşağı yerləri tutanda, o qədər də yadda qalmırsan. Ancaq baş mükafata yiyələnəndə, uzun müddət səndən danışırlar, çempion kimi əbədi xatirələrdə qalırsan. Ona görə də, Azərbaycana Riodan qalib kimi dönmək istəyirəm».