- Baxış sayı: 26
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Çempionlar liqasının ilkin mərhələsində bu gün növbəti oyununu keçirən “Araz-Naxçıvan”, Almaniya çempionu “Jahn Regensburq” 5:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, komandannın baş məşqçisi Vitali Borisov görüşlə bağlı açıqlama verib:
“Maraqlı qarşılaşma izlədik. Bu gün dünənki oyunla müqayisədə komandam daha yaxşı çıxış etdi. Onu da nəzərə alaq ki, Almaniya çempionu Türkiyə çempionu ilə müqayisədə daha güclüdür. Nəticəyə görə komandamı təbrik edirəm.
Əlbəttə, bugünkü matçı da analiz edəcəyik, düzəldilməli olan məqamları futzalçılara çatdıracağıq. “Jahn Regensburq”la matçı ayrıca dəyərləndirsək, fasilədən sonra nümayiş etdirdiyimiz oyun daha yaxşı idi. Artıq son oyunu düşünməliyik. Çünki vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz oyunda həllini tapacaq”.