- Baxış sayı: 44
- 26 Mart 2026 19:37
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

UFC-nin orta ağır çəki dərəcəsində reytinq lideri Məhəmməd Ankalayev çempion Aleks Pereyra ilə döyüşə hazırlaşarkən orucunu pozduğunu etiraf edib.
Allsport.az xəbər verir ki, rusiyalı döyüşçü bu haqda açıqlamasında deyib:
“Oruca ciddi əməl edirəm, amma bu həftə yox. Arıqlamaq üçün su içməliyəm. Döyüşdən sonra isə təbii ki, dinin qaydalarına riayət edəcəyəm”.
Onların döyüşü martın 9-da Las-Veqasda UFC 313 turnirində baş tutacaq.