- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0

Antalyada cüdoçuların qran-prisi başa çatıb. Allsport.az saytı xəbər verir ki, millimiz yarışda uğurlu çıxış edib. Qadınların rəqabətində İrina Kindzerska (+78 kq) Monqolustan, İsrail, Rusiya və Braziliya idmançılarını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Cüdoçumuzun mükafatlandırma mərasimində ACF-in vitse-prezidenti Sadıq Sadıqov iştirak edib. Bu xanımlarda son mükafat olmayıb. Gültac Məmmədəliyeva (52 kq) 3-cü yer tutmağı bacarıb.
Kişilərin tutaşmasında Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) bürünc medala qazanıblar.