- Baxış sayı: 11
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində “Bakı”ya qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyundan çox narazıyam. Bəzi oyunçulardan ümumiyyətlə narazıyam. Biz uduzmalı idik, sadəcə, bəxtimiz gətirdi. “Bakı”nı isə sərgilədiyi oyuna görə təbrik edirəm. Müdafiəçilər və qapıçıdan başqa bütün oyunçular dəyişilməli idi. Çox sayda oyunçumuz zəif təsir bağışladı. Yeni oyunçuların heyətə cəlb olunmasını mən də istəyərəm. Amma bunun üçün imkanların olması vacibdir. Hazırkı heyət üzvləri ilə ciddi söhbət mütləq olmalıdır”.