- Baxış sayı: 31
- 15 Mart 2026 21:39
- Baxış sayı: 112
- Mart 19, 2026
- 0

18-19 martda Azərbaycan atçılıq federasiyasının təşkilatçılığı ilə Binə atçılıq mərkəzində ARAF kuboku uğrunda konkur yarışları keçirilib.
Allsport.az xəbər verir ki, “A” kateqoriyası üzrə 90 sm, “L” kateqoriyası üzrə 115 sm və “M*” kateqoriyası üzrə 125 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 21 yaşadək idmançılar 6 yaşadək olan atlarla, 21 yaşdan yuxarı idmançılar isə yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak etmişlər.
“A” kateqoriyasında 29 idmançının iştirakı ilə baş tutan mübarizədə “Respublika atçılıq və müasir beşnövçülük üzrə ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi”nin təmsilçisi Amena Gonizzi “Pur-Pur” ləqəbli atla birinci, eyni məktəbin təmsilçisi Ayan Fərəcova “Tibet” ləqəbli atla ikinci, Vəfa Angel Seyid “Püstə” ləqəbli atla üçüncü, “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Məğrur” ləqəbli atla dördüncü, “Ömər” atçılıq klubunun təmsilçisi Məryəm Həbibova isə “Kasparina” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.
“L” kateqoriyasında yaş məhdudiyyəti olmadan 15 idmançının mübarizə apardığı yarışda “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Zirvə” ləqəbli atla birinci, “Gilan” atçılıq klubunun təmsilçisi Elmar Abdullayev “Cartanio” ləqəbli atla ikinci, “Murad” atçılıq klubunun təmsilçisi Daria Staravoytova “Cherry Moon” ləqəbli atla üçüncü, “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla dördüncü, “Ömər” atçılıq klubunun təmsilçisi Kənan Novruzov isə “Miss Baloubet MNM” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.
“M*” kateqoriyasında yaş məhdudiyyəti olmadan 9 idmançının mübarizə apardığı yarışda “Sərhədçi” atçılıq klubunun təmsilçisi Ramil İbrahimov “Şirin” ləqəbli atla birinci, “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla ikinci, “Gilan” atçılıq klubunun təmsilçisi Elmar Abdullayev “Cartanio” ləqəbli atla üçüncü, “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Zirvə” ləqəbli atla dördüncü, “Gilan” atçılıq klubunun təmsilçisi Rahib İsmayılov isə “Aleks 1” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.
Sonda birinci yerin sahiblərinə ARAF kuboku, medal, fəxri diplom, ikinci və üçüncü yerin sahiblərinə medal, fəxri diplom, dördüncü və beşinci yerin sahiblərinə isə fəxri diplom təqdim edilmişdir.