- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Bu gün “Araz” futzal klubu UEFA kubokunun əsas mərhələsində sonuncu oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, təmsilçimiz Makedoniya paytaxtı Skopyedə Boris Traykovski adına İdman Mərkəzində yerli “Jelezarets”lə qarşılaşıb. Matç Azərbaycan çempionunun 15:4 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, “Araz” ilk turda Gürcüstanın “Tiflis Dövlət Universiteti” komandasına 7:1, 2-ci turda Kosovo çempionu “Feniks”ə 1:0 hesabı ilə qalib gəlməklə, elit mərhələsinə vəsiqəni təmin etmişdi. Son turda Azərbaycan çempionu uduzsa belə, rəqiblərindən heç birinin onu qabaqlamaq şansı yox idi.