- Baxış sayı: 28
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 99
- Noyabr 19, 2024
- 0
“Araz-Naxçıvan” klubu bu gün futzal üzrə UEFA çempionlar liqasının əsas mərhələsində sonuncu oyununu keçirəcək.
Allsport.az xəbər verir ki, “B” yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı üçüncü qarşılaşmasında Kosovonun “Ligeni” komandası ilə üz-üzə gələcək.
İvano-Frankovsk şəhərindəki peşəkar bədən tərbiyə kollecinin zalında oynanılacaq matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qrupdakı ilk görüşündə Ukrayna “Uraqan”ına 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu ikinci oyunda Rumıniyanın “Yunayted Qalati” klubuna qalib gəlib – 5:3. Növbəti mərhələ şanslarını itirən komanda hazırda “Ligeni” ilə birlikdə qrupda 3 xalla 2-3-cü yerləri bölüşdürür.
Çempionlar liqası, əsas mərhələ
“B” yolu, 6-cı qrup
III tur
16:00. “Ligeni” (Kosovo) – “Araz-Naxçıvan” (Azərbaycan)
Baş hakim: Denis Kutsıy (Ukrayna)
İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.