- Baxış sayı: 69
- 28 Mart 2025 10:33
- Baxış sayı: 41
- Aprel 14, 2025
- 0
“Araz-Naxçıvan” heyətini yeni qapıçı ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, yüksək liqanın öncülü Dmitri Bondarevlə anlaşıb. Rusiyalı qapıçı yeni komandasında mövsümün sonuna qədər iştirak edəcək.
1993-cü il təvəllüdlü Bondarev Rusiyanın Yüksək Liqasında iştirak etmiş “Spartak-Donetsk” klubunda çıxış edib. Rostov təmsilçisi çempionatda çıxışı dayandırdığına görə, klubun bütün oyunçularına azad agent statusu verilib.
Qapıçı “Baku Fire”lə oyunda debüt edəcək. “Araz-Naxçıvan”ın əsas qapıçısı Rövşən Hüseynli martda Rusiyanın superliqasında iştirak edən “Torpedo” klubuna transfer olunub.