- Baxış sayı: 36
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Çox çətin oyun oldu. Qələbə qazansaq da, komandamın oyunundan razı qalmadım. Ola bilsin, “Uraqan”a qarşı çox güc sərf etdik. Başlanğıc yaxşı alındı və ardıcıl iki qol vurduq. Bunun davamını da gətirə bilərdik, qol şanslarımız da oldu”.
Allsport.az xəbər verir ki, bu fikirləri “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio Da Silva Rumıniyanın “Yunayted Qalati” klubuna 5:3 hesabı ilə qalib gəldikləri futzal üzrə UEFA çempionlar liqasının əsas mərhələ oyunu barədə danışarkən deyib.
Mütəxəssis ötürmələrdə çoxlu səhvlərə yol verdiklərini bildirib: “Uşaqlar istəkli idilər, qələbə qazanmaq üçün çalışdılar. Ancaq səhvlərdən də qaça bilmədik. Həm də bu gün Rumıniya təmsilçisinin iki futzalçısı bizə qarşı oynamadı. Biri zədəli, digəri cəzalı idi. Oyunçular bunu bilirdilər. Bu da görünür onlarda arxayınlıq yaratdı və konsentrasiyanın itməyinə səbəb oldu. Çox işləməliyik. Belə oynamamalıyıq. Nizam-intizam çox vacibdir. Udmaq da olar, uduzmaq da. Amma düzgün oynamaq, intizama riayət etmək lazımdir. Düzəltməli olduğumuz məqamlar var. Qrupdakı vəziyyətlə bağlı indi bir söz deyə bilməyəcəyəm. Günün 2-ci oyununun nəticəsindən çox şey asılıdır. Ona görə də son matça belə qələbə qazanmaq üçün çıxacağıq”.
İlk görüşdə Ukrayna “Uraqan”ına 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi üçüncü maçtını oktyabrın 31-də Kosovonun “Ligeni” komandasına qarşı keçirəcək.