- Baxış sayı: 65
- 28 Mart 2025 10:33
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
Futzal üzrə çempionlar fiqasının final mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.
Allsport.az xəbər verir ki, ölkə çempionu həlledici raundda 19 oyunçunun xidmətindən istifadə edəcək.
Onlardan 3-ü qapıçı, 5-i müdafiəçi, 11-i isə hücumçudur.
Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov, Cavad Məmmədov
Müdafiəçilər: Rizvan Fərzəliyev, Amir Şojaei, Murilyo Borges, Hadi Ahmadi, Oruc Baxşəlizadə
Hücumçular: Samir Həmzəyev, Namiq Məmmədkərimov, David Qustavo Dos Santos, Ramiz Çovdarov, Maneka, İsa Atayev, Xətai Bağırov, Tofiq Mikayılov, Nurlan Mehdizadə, Eşhaq Şoorqali
“B” yolunda yer alan “Araz-Naxçıvan” “Uraqan İvano – Frankivsk” (Ukrayna), “Ligeni” (Kosovo) və “Yunayted Qalati” (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq. Bu qrupun matçları Ukraynada olacaq.
Əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək.