- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 34
- Dekabr 05, 2025
- 0

Bu gün futzalçılardan ibarət “Araz” klubu UEFA kubokunun əsas mərhələsində ilk oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan çempionu Makedoniya paytaxtı Skopyedə Boris Trajkovski adına İdman Mərkəzində Gürcüstanın “Tiflis Dövlət Universiteti” komandası ilə qarşılaşıb. Üstün oyun nümayiş etdirən bizimkilər rəqibini böyük hesabla üstələyib – 7:1.