- Baxış sayı: 59
- 26 Mart 2026 10:00
- Baxış sayı: 121
- Mart 29, 2026
- 0

Noyabrın 23-də Xorvatiyada futzal üzrə UEFA kubokunun elit raunduna start veriləcək. Allsport.az sayxəbər verir ki, “dördlər finalı”na vəsiqə uğrunda Azərbaycan çempionu “Araz” da mübarizə aparacaq.
Naxçıvan klubu yerli “Nasional”, “Hamburq” (Almaniya) və “Qazprom Yuqra” (Rusiya) ilə yarışacaq. Növbəti mərhələyə yalnız qrup qalibi yüksələcək. “Araz”ın baş məşqçisi Miltinyo bu turnirdə aşağıdakı futzalçıların xidmətindən yararlanacaq:
Rövşən Hüseynli, Emin Kürdov, Everton, Eduardo, Tyaqo Bolinya, Vassura, Fineo, Anar Məmmədov, Fabio Poletto, Ramiz Çovdarov, Rizvan Fərzəliyev, Xətai Bağırov, İsa Atayev, Oqtar Rüstəmli.