- Baxış sayı: 36
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Futzal üzrə UEFA kubokunda əsas mərhələyə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən “Araz” klubunun elit mərhələdə bütün potensial rəqibləri müəyyənləşib.
Bunlar “Yuqra”, “Dinamo” (hər ikisi – Rusiya), “Kayrat” (Qazaxıstan), “İnter” (İspaniya), “Dyor” (Macarıstan), “Breze” (Sloveniya), “Feniks” (Kosovo), “Nikars” (Litva), “Hamburq Panters” (Almaniya), “Ekonomats” (Serbiya), “Nasional” (Xorvatiya), “Sportinq” (Portuqaliya), “Real” (İtaliya), “Xrudim” (Çex Respublikası) və “Tarqu Mureş”dir (Rumıniya).
Elit mərhələnin püşkü oktyabrın 21-də atılacaq. Püşkatma öncəsi komandalar 3 səbətə bölünəcək. “Araz” qrup qalibi kimi ikinci səbətdə yer alacaq. Azərbaycan çempionu Kosovo təmsilçisi ilə qarşılaşa bilməz. Çünki “Araz”la “Feniks” əsas mərhələdə bir qrupda mübarizə aparıb. Həlledici raundun oyunları noyabrın 22-27-də keçiriləcək.