Arif Əsədov: “İkinci qoldan sonra daha rahat oynadıq”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Üçüncü dövrəyə pis başlamışdıq. Bugünkü oyunda bizə mütləq qələbə lazım idi. Birinci hissədə çox qol epizodumuz var idi, istifadə edə bilmədik. İkinci hissədə dəyişikliklər edib, öz istəyimizə çatdıq. İkinci qoldan sonra daha rahat oynadıq. Nəhayət, qələbə qazanıb, qara zolaqdan çıxdıq”.

Həmin kateqoriyadan