Arif Abdullayev: Öncül güləşçilərimiz olimpiya çəkilərinə oturuşmağa başlayıb

Məşqçi Arif Abdullayev sərbəst güləş millimizin çıxışından razı qalıb. Dünya çempionu allsport.az saytına aşıqlamasında dedi ki, 6 olimpiya çəkisindən 5 medal yüksək nəticədir.

“Komandamız olimpiya çəkilərinə oturuşmağa başlayıb. Bu, bizi çox sevindirir. Avropa oyunları çox yerinə düşdü. Olimpiya çəkiləriondə çıxış edən bahadırlarımız sırf buna kökləndilər.

2 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq. Qeyri-rəsmi komanda hesabında 2-ci olduq. Federasiya rəhbərliyi sağ olsun, hazırlıq üçün hər dəstəyi verir. Ümid edirəm ki, dünya çempionatında da öz sözümüzü deyəcəyik”.

Kamran HACI, Minsk

Həmin kateqoriyadan