- Baxış sayı: 91
- 12 Dekabr 2025 13:52

- Baxış sayı: 157
- Dekabr 19, 2025
- 0


İyulun 17-dən 26-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən 14-cü futzal üzrə universitetlərarası Avropa çempionatında ölkəmizi Azərbaycan idman akademiyasının komandası təmsil edir.
Allsport.az xəbər verir ki, iyulun 17-də baş tutan püşkatmanın nəticəsinə əsasən, Azərbaycan təmsilçisi “C” qrupunda Xorvatiya, İsveçrə və Macarıstan universitetlərinin komandaları ilə qarşılaşıb. İki qələbə və bir məğlubiyyətlə qrupdan çıxmağı bacaran komanda 1/4 final mərhələsində mübarizəni davam etdirir.
İyulun 23-də Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək qarşılaşmada ASA-nın komandası Fransa təmsilçisi Paris Saclay universiteti ilə qarşılaşacaq.