ATEF GYM-nin cüdo üzrə açıq birinciliyi keçirilib

Allsport.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində 15 yaşa qədər kiçik yaşlı yeniyetmə oğlanlar və qızlar arasında ATEF GYM-nin cüdo üzrə açıq birinciliyi keçirilib.

Turnirdə 32 klub, cəmiyyət və idman təşkilatından olan 387 (360 oğlan, 27 qız) cüdoçu medallar uğrunda mübarizə aparıb. Oğlanlar arasında 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, 73 kq və 73 kq-dan yuxarı çəki dərəcələrində, qızlar arasında isə 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, 2-ci yerə “Sərhədçi” idman mərkəzi, 3-cü yerə isə “Kanokan TT” idman klubu layiq görülüb. 20 komanda müxtəlif əyarlı medal qazanıb.

Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq və cüdonun kütləvi təbliğinə nail olmaqdır.

Həmin kateqoriyadan