- Baxış sayı: 6
- 11 Mart 2026 15:24
- Baxış sayı: 47
- Mart 11, 2026
- 0

“Atletiko Madrid” çempionlar liqasının 1/8 final mərhələsində “Tottenhem”üzərində qazandığı darmadağınla (5:2) həm də yeni rekorda imza atıb.
Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi turnir tarixində ilk dəfə oyunun birinci hissəsində rəqib qapısına dörd qol vurmağa müvəffəq olub.
Bununla da “Atletiko” turnirin pley-off mərhələsində bu uğura imza atan ikinci İspaniya təmsilçisi kimi tarixə düşüblər. Daha əvvəl bu nəticəni yalnız “Barselona” (2009-cu ildə “Lion” və “Bavariya”ya qarşı) göstərmişdi.