- Baxış sayı: 160
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

İslam oyunlarında və Avro-2023-ün təsnifatında iştirak edəcək qadın voleybol millisi maydan başladığı toplanışını başa vurub. Allsport.az saytı xəbər verir ki, dünən Bakı voleybol mərkəzində son məşq olub.
Komandanın məşqini AVF-in 1-ci vitse-prezidenti Faiq Qarayev, vitse-prezident Əbülfəz Hüseynov və AVF-nin baş katibi Fərid Xəlilov izləyiblər. Ardınca federasiya rəsmiləri millimizin oyunçuları və məşqçi heyəti ilə görüşüb.
Federasiya prezidentinin salamlarını çatdıran Faiq Qarayev, komandamıza qarşıdakı yarışlarda uğurlar arzulayıb. O bildirib ki, bu gün İslamiadada və Avro-2023-ün oyunlarında komandanın qələbə qazanmaq üçün böyük imkanları var. Bunun üçün meydanda əzimkar oyun vacibdir.