- Baxış sayı: 59
- 26 Mart 2026 10:00
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Məlum olduğu kimi, Avropa çempionatının əsas seçmə mərhələsinin 2-ci qrupunun oyunları Bakıda keçiriləcək. Allsport.az saytı xəbər veir ki, artıq təqvim də müəyyənləşib. Avro-2018-də iştirak etmək istəyən 4 komanda paytaxtımızda mücadilə edəcək.
Yarışın ilk turunda Azərbaycan yığması aprelin 8-də saat 18:30-da Bosniya və Herseqovina ilə görüşəcək. Ertəsi gün bizimkilər Albaniya ilə eyni saatda oynayacaq. Millimiz sonuncu görüşünü aprelin 11-də Macarıstana qarşı keçirəcək. Bu matç saat 20:00-da başlayacaq.
Sözü gedən mərhələnin qrup qalibləri Avro-2018-in finalına birbaşa vəsiqə qazanacaqlar. 2-ci yeri tutacaq və ən yaxşı qrup üçüncüsü komandalar pley-offda son 4 vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Oyunlar Bakı İdman Sarayında keçiriləcək. Avro-2018-in həlledici mərhələsi 2018-ci il yanvarın 30-dan fevralın 11-dək Sloveniyada keçiriləcək.