- Baxış sayı: 49
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 102
- Fevral 09, 2026
- 0

Qadın voleybol millimizin gələn il üçün Avropa çempionatında oyunlarının təqvimi bəlli olub. Allsport.az saytı xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi “C” qrupunda yer alan komandamız mübarizəyə avqustun 18-də başlayacaq. Ardıcıl 10-cu dəfə bu yarışın finalında iştirak edəcək Azərbaycan millisinin rəqibləri Almaniya, Çex Respublikası, Türkiyə, İsveç və Yunanıstandır.
Avro-2023-də ilk matç çexlərə qarşı keçirəcək. Bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəyik. Qrup mərhələsinin 3-cü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız, avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Ayın 23-də qrupda son matç İsveç ilə olacaq.
Qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.