- Baxış sayı: 33
- 24 Mart 2026 23:23
- Baxış sayı: 33
- Mart 24, 2026
- 0
Macarıstanda 23 yaşadək cüdoçuların Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günü də Azərbaycan millisi üçün uğurlu olub.
73 kq-da Rüfət Məmmədov gərgin tutaşmalarda Bosniya və Hersoqovina, Ermənistan, Almaniya, Gürcüstan və İtaliya təmsilçilərinə qalib gəlib.
O, finalda kosovolu həmkarına uduzaraq, 2-ci yerlə kifayətlənib. Avropa birinciliyinin ilk günü bizdən Rəşad Yelkiyev (60 kq) bürünc medal qazanıb.